DİM MÜRACİƏT ETDİ: bu, imtahanlarda uğursuz nəticələrə səbəb olur

DİM MÜRACİƏT ETDİ: bu, imtahanlarda uğursuz nəticələrə səbəb olur
10:58 7 Aprel 2017
99 Ölkə
Ölkə mətbuatı
A- A+

Dövlət İmtahan Mərkəzi rezidentura və magistratura ilə bağlı bəzi hazırlıq kursları, eləcə də fiziki şəxslər tərəfindən qəbul proqramlarına uyğun olmayan, elmi-metodiki səhvlərə yol verilmiş “hazırlıq vəsaitlərinin” nəşr olunması və bu “vəsaitlərdən” istifadə edilməsi, onların təşkil etdikləri sınaq imtahanlarında iştirak ilə bağlı müraciət edib.

DİM-dən Publika.az-a verilən məlumatda bildirilib ki, bu vəsaitlər eləcə də, eləcə də sınaqlar əksər hallarda namizədlərin imtahanlarda uğursuz nəticələr əldə etməsinə, vaxt və maddi vəsait itirməsinə səbəb olur.

Buna görə də DİM namizədlərə magistratura və rezidenturaya qəbul proqramlarında göstərilən ədəbiyyatlardan istifadə edərək hazırlaşmağı tövsiyə edir.

“Bir daha bildiririk ki, qəbul proqramına aid olmayan, elmi məlumatları təhrif edən, xüsusən də “kurslar” tərəfindən nəşr olunan vəsaitlərə, eləcə də onların təşkil etdikləri sınaq imtahanlarının nəticələrinə görə DİM heç bir məsuliyyət daşımır.

Rezidentura və magistraturaya qəbul imtahanlarında iştirak etmək istəyənlərin nəzərinə çatdırırıq ki, DİM imtahanlara hazırlaşanlara kömək məqsədi ilə hər il yeni jurnallar, vəsaitlər, test toplusu nəşr etdirir. Bu işlərin gələcəkdə də təkmilləşdirilərək davam etdirilməsi nəzərdə tutulur.

DİM və “Abituriyent” jurnalı redaksiyası bundan sonra da qeyd olunan qeyri-qanuni əməllərin qarşısının alınmasında lazımi inzibati tədbirlərin görülməsi üçün hüquq-mühafizə orqanları ilə əməkdaşlığı davam etdirəcək. Rəsmi razılıq olmadan DİM və “Abituriyent” jurnalı redaksiyasına məxsus materialların yayılması, təkrar çapı, elektron və ya mexaniki üsulla surətinin çıxarılması qadağandır!”


Xəbərin orijinal ünvanı: http://publika.az/news/bilik/194115.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR