Space TV-nin xanım aparıcısı 7 verilişə dözmədi - "Məni özümdən çıxardılar" - FOTO

Space TV-nin xanım aparıcısı 7 verilişə dözmədi - "Məni özümdən çıxardılar" - FOTO
11:05 7 Aprel 2017
190 Ölkə
Ölkə mətbuatı
A- A+

Space TV-də yayımlanan "Təəccüb dairəsi" verilişinin aparıcısı işdən ayrılıb. 

Xəzər TV-nin keçmiş siması Sahibə Nəzərova 7 verilişdən sonra efirə çıxmaqdan imtina edib. 

Məlumata görə, teleaparıcı proqramın rejissoru ilə qalmaqal yaşayıb. Hər iki şəxs arasında yaranan anlaşılmazlıq mübahisəyə çevirilib və gərginlik daha da artıb. Nəzərova bu olaydan sonra işdən ayrılıb. 

Milli.Az bildirir ki, qafqazinfo mövzu ilə bağlı aparıcı ilə əlaqə saxlayıb. Sahibə verilişdən ayrıldığını təsdiqləyib:

"Bütün əməkdaşlarla münasibətim əladır. Sadəcə olaraq, verilişi çəkən şəxslə anlaşa bilmədik. Mənim kimi səbrli insanı özümdən çıxara bildilər".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/532904.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR