Elnur Hüseynzadənin həbs müddəti iki ay uzadılıb

Elnur Hüseynzadənin həbs müddəti iki ay uzadılıb
11:05 7 Aprel 2017
80 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu ilin fevral ayında ermənilərin əlinə düşən Azərbaycan vətəndaşı Elnur Hüseynzadə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə vəkil Arkadi İsraelyan məlumat verib.
 
Vəkilin sözlərinə görə, Elnur Hüseynzadənin həbs müddəti daha iki ay uzadılıb.  
 
Qeyd edək ki, E.Hüseynzadə bu ilin fevral ayında naməlum şəraitdə ermənilərin əlinə düşüb. Separatçı rejim onun hərbçi olduğunu iddia etsə də, Azərbaycan Müdafiə Nazirliyinin bəyanatında bildirilib ki, E.Hüseynzadə mütəmadi olaraq hərbi intizamı pozması və xidmətə çıxmaması səbəbindən bir müddət əvvəl Silahlı Qüvvələrdən tərxis edilib, ermənilərin əlinə düşən vaxt hərbi xidmətdə olmayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/532916.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR