Argentina millisinin baş məşqçisi istefaya göndərildi

Argentina millisinin baş məşqçisi istefaya göndərildi
11:12 7 Aprel 2017
87 İdman
Ölkə mətbuatı
A- A+

Argentina millisinin baş məşqçisi Edqardo Bausa vəzifəsindən uzaqlaşdırılıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Argentina Futbol Assosiasiyası (AFA) 59 yaşlı mütəxəssislə yollarını ayırıb.

Buna səbəb komandanın DÇ-2018-in seçmə mərhələsində uğursuz çıxışıdır. Xüsusən də, XIV turda Boliviyaya (0:2) məğlubiyyət assosiasiyanı belə bir qərara vadar edib. AFA gələn həftə bu məlumatı rəsmən açıqlamağı planlaşdırır.
 
Qeyd edək ki, Argentina yığması 14 turdan sonra 22 xalla 5-ci pillədə qərarlaşır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/532905.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR