Azərbaycan bu sahədə "Şərq Tərəfdaşlığı" ölkələri arasında liderdir

Azərbaycan bu sahədə "Şərq Tərəfdaşlığı" ölkələri arasında liderdir
11:17 7 Aprel 2017
72 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan tvinninq layihələrinin sayına görə "Şərq Tərəfdaşlığı" ölkələri arasında liderdir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib.

O qeyd edib ki, Avropa İttifaqı indiyə kimi Azərbaycanla 45 tvinninq layihəsi həyata keçirib:

"Biz bundan çox məmnunuq. Bu layihələr həm Azərbaycan, həm də Avropa İttifaqı üçün uğurlu olub və tərəflər arasında münasibətlərin möhkəmlənməsinə təkan verib. Son illər Azərbaycanda tvinninq layihələrində mindən çox ekspert işləyib, Aİ-yə 100-ə yaxın səfər təşkil olunub. Ən uğurlu layihələr sosial müdafiə, ekologiya, statistika və digər sahələrdə həyata keçirilib".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/532907.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR