Məntiq Olimpiadasında ilk turu şagirdlərin yalnız onda biri keçib

Məntiq Olimpiadasında ilk turu şagirdlərin yalnız onda biri keçib
11:27 7 Aprel 2017
115 Ölkə
Ölkə mətbuatı
A- A+

Lütfi Zadə adına Məktəblilərarası II Məntiq Olimpiadasının ilk turunun nəticələri açıqlanıb.

Bakı Şəhəri üzrə Təhsil idarəsindən Milli.Az-a verilən məlumata görə, Olimpiadanın məktəbdaxili mərhələsində Bakı şəhəri üzrə 315 məktəbdən 19958 şagird iştirak edib. Nəticələrə əsasən, 2026 şagird uğur qazanaraq olimpiadanın final mərhələsinə vəsiqə qazanıb. Bilik yarışının ilk turunda şagirdlərə 30 test sualı təqdim olunub.

Olimpiadanın final mərhələsi mayın 6-da təşkil olunacaq. İlk turda olduğu kimi, final mərhələsində də 30 test sualının cavablandırılması üçün 1 saat yarım vaxt (90 dəqiqə) ayrılacaq. Final mərhələsinin nəticələrinə əsasən, Bakı şəhəri üzrə ən yüksək məntiqi təfəkkür nümayiş etdirən məktəblilər mükafatlandırılacaq.       

Qeyd edək ki, olimpiada zamanı şagirdlərin bədii, mücərrəd və verbal məntiqi təfəkkürü qiymətləndirilir. Olimpiadanın əsas məqsədi şagirdlərin məntiqi biliklərinin artmasına təkan vermək, onlara beynəlxalq, yerli olimpiadalar və bu kimi digər bilik yarışlarında iştirak təcrübəsi qazandırmaq, istedadlı, xüsusilə məntiqi təfəkkürü daha yaxşı inkişaf etmiş şagirdləri aşkara çıxarmaq, onların həvəsləndirilməsi və elmə olan marağının artırılmasından ibarətdir.

Zərif Nisə
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/532912.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR