Rasim Balayev öz filminin qalasına gəlmədi - FOTO

Rasim Balayev öz filminin qalasına gəlmədi - FOTO
11:32 7 Aprel 2017
162 Şou
Ölkə mətbuatı
A- A+

Rejissorluğunu Elvin Əhmədovun etdiyi "Sara" filminin qala gecəsi keçirilib.

Milli.Az-ın axşam.az-a istinadən məlumatına görə, Nizami Kino Mərkəzində baş tutan tədbirdə sənət aləminin tanınmış simaları qonaq olublar. Tamaşaçılar arasında millət vəkili Aqil Abbas da yer alıb.

"Sara"da baş rolu canlandıran xalq artisti Rasim Balayevin gecəyə gəlməməsi diqqət çəkib. Rejissor bunun onun səhhətindəki problemlə əlaqədar olduğunu söyləyib.

Filmdə əməkdar artistlər Fuad Osmanov, Qurban İsmayılov, aktrisalar Aysel Nazim, Zarina Qurbanova, keçmiş müğənni Duyğu Dəvəli və başqaları rol alıblar. 

Duyğu Dəvəli tamaşaçılara "Yeni ulduz"yarımasından tanışdır. Ailə qurduqdan sonra sənətdən uzaqlaşan Duyğu indi aktrisa kimi fəaliyyətə başlayıb.

Qala gecədə bir çox xoşagəlməz hallar da yaşanıb. Aktyorlar tədbirə gec qatılıblar. Qonaqlara isə dəvətnamə verilmədiyi üçün, bir çoxları ayaq üstündə qalıblar və məkanı tərk ediblər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/532915.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR