Suriyanın vurulmasına Ankaradan İLK ŞƏRH

Suriyanın vurulmasına Ankaradan İLK ŞƏRH
11:38 7 Aprel 2017
102 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ tərəfindən Suriyanın hökumət güclərinə aviazərbələrin endirilməsinə Ankaradan ilk şərh gəlib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, hökumət sözçüsü Numan Kurtulmuş Suriyaya raket zərbələrini dəstəklədiyini bildirib.

“Suriyada Bəşər Əsəd rejiminin bu barbarlığını dərhal dayandırmaq lazımdır. Suriyada acılar çəkən xalqın bütün təbəqələrinin qəbul edəcəyi ədalətli və daimi sülhün təmin edilməsi vacib şərtdir. Ümid edirəm ki, ABŞ-ın bu əməliyyatı sülhün təmin edilməsinə kömək edər”, - o deyib.

Numan Kurtulmuş Suriya hərbi bazasının vurulmasının əhəmiyyətli olduğunu deyib və qeyd edib ki, beynəlxalq ictimaiyyət Əsəd rejiminin barbarlığına qarşı mövqeyini çox konkret şəkildə davam etdirməlidir:

“O vaxta qədər ki, Əsəd artıq xalqına zərər verə bilməyəcək hala gəlsin”.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/194121.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR