Səhərə yaxın hotelə girərəkən görüntüləndi - İddialar düz çıxdı - FOTO

Səhərə yaxın hotelə girərəkən görüntüləndi - İddialar düz çıxdı - FOTO
11:42 7 Aprel 2017
242 Dünya
Ölkə mətbuatı
A- A+

Tuba Büyüküstün ilə evli olan Onur Saylakın səhərə yaxın Beşiktaşdakı bir hotelə girərkən görüntülənməsi görənləri çaşbaş salıb. 

Milli.Az gazetevatan-a istinadən xəbər verir ki, Tuba Büyüküstün ilə boşanacaqları söz-söhbətləri gəzən Onur Saylakın hotel görüntüsü ayrılıq dedi-qodularını bir az da alovlandırıb. 

Rəsmi olaraq boşanmadıqlarını ancaq evlərini ayırdıqları öyrənilən cütlükdən Onur Saylak jurnalistlərin suallarını cavabsız qoyub. Görünən o olub ki, Tuba kimi aktyorluq edən Onur artıq hoteldə qalır.

Saylakın istifadə etdiyi avtomobilin nömrəsində həyat yoldaşının baş hərfi -  "T" olması da diqqət çəkib.

Məhəmməd Vaqif
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/532914.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR