Nardaranda narkotik əkib-becərən şəxs tutuldu - FOTO

Nardaranda narkotik əkib-becərən şəxs tutuldu - FOTO
11:47 7 Aprel 2017
84 Ölkə
Ölkə mətbuatı
A- A+

Respublikanın daxili işlər orqanları narkotik maddələrin qanunsuz dövriyyəsi, alqı-satqısı və kultivasiyasına qarşı mübarizə sahəsində növbəti uğurlu əməliyyat-axtarış tədbiri həyata keçirib.

DİN-dən Milli.Az-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 42-ci Polis Bölməsinə (PB) Nardaran qəsəbə sakini əvvəllər məhkum olunmuş Faiq Dadaşovun yaşadığı fərdi yaşayış evinin həyətində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olub.

Bölmə əməkdaşlarının dərhal həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində F.Dadaşovun yaşadığı ünvana baxış keçirilib və oradan 49 ədəd xüsusi qulluq edilərək yetişdirilən çətənə kolları, 2045 ədəd çətənə toxumu və 1 kiloqram 415 qram qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Qeyd edilən faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Pünhan Mirzə
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/532941.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR