AVRO-2018: Millimiz qrup lideri ola biləcəkmi?

AVRO-2018: Millimiz qrup lideri ola biləcəkmi?
11:52 7 Aprel 2017
74 İdman
Ölkə mətbuatı
A- A+

Sabah futzal üzrə AVRO-2018-in əsas mərhələsinə start veriləcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Sloveniyada keçiriləcək final mərhələsinə qatılmaq iddiasını davam etdirən 28 komanda 7 qrupda mübarizə aparacaq.

B qrupunun oyunları Azərbaycanda baş tutacaq. Ardıcıl 4 final mərhələsinin iştirakçısı olan yığmamız doğma divarlar arasında 5-ci uğur üçün çalışacaq.
 
Bakı İdman Sarayında keçiriləcək qrup oyunlarında millimizin rəqibləri Bosniya və Herseqovina, Macarıstan və Albaniyadı. Biro Jadenin baş məşqçisi olduğu komanda dairəvi sistemlə keçiriləcək matçlarda 1-ci yerə iddialıdı.
 
Çünki qrup qalibi olmaq millimizə Sloveniyaya birbaşa vəsiqə qazandıracaq. B qrupunun aşkar favoriti hesab olunan komandamızın bu vəzifənin öhdəsindən gəlməsi gözlənilir. Əslində, uğursuzluq kimi dəyərləndiriləcək 2-ci yer belə AVRO-2018 şanslarını qoruyacaq.
 
Belə ki, 7 qrupun ikinciləri və ən yaxşı nəticəyə malik 3-cü yer sahibi pley-offa yüksələcək. Bu 8 komanda 4 cütlükdə qarşılaşacaq ki, final mərhələsinə son vəsiqələr də həmin matçlarda sahibini tapacaq.
 
Yığmamız 5-ci final mərhələsinə doğru yolda ilk oyunda Bosniya və Herseqovina ilə qarşılaşacaq. Ertəsi gün isə rəqibimiz Albaniya olacaq. Aprelin 11-də baş tutacaq son turda millimiz Macarıstanla qarşılaşacaq.
 
AVRO-2018-in əsas mərhələsi
B qrupu
I tur, 8 aprel

 
16:00. Macarıstan - Albaniya
18:30. Azərbaycan - Bosniya və Herseqovina

 
II tur, 9 aprel
16:00. Bosniya və Herseqovina - Macarıstan
18:30. Azərbaycan - Albaniya

 
III tur, 11 aprel
17:30. Albaniya - Bosniya və Herseqovina
20:00. Macarıstan - Azərbaycan

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/532921.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR