SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: daha 2 istiqamətdə məhdudiyyət olacaq

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: daha 2 istiqamətdə məhdudiyyət olacaq
11:54 7 Aprel 2017
63 Digər
Ölkə mətbuatı
A- A+

“Azəravtoyol” ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri davam etdirilir. ASC-dən Lent.az-a bildirilib ki, anoloji işlər bu gün Bakı Dairəvi-1 avtomobil yolunun Beynəlxalq Avtovağzal kompleksinin qarşısından Lökbatan dairəsinədək olan hissəsində axşam saatlarınadək, axşam saat 22:00-dan səhər saatlarınadək isə isə Ziya Bünyadov prospektinin Çermet körpüsünün 20 Yanvar dairəsinədək olan hissəsində aparılacaq.

 

Qeyd edək ki, rənglənmə işləri zamanı avtonəqliyyat vasitələrinin hərəkəti işlərin aparıldığı zolaqlar üzrə qismən məhdudlaşdırılacaq. Digər zolaqlar üzrə isə hərəkət açıq olacaq. Bu üzdən "Azəravtoyol” ASC sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir və sözügedən ərazilərdə diqqətli olmalarını tövsiyə edir. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271587

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR