DİN-dən narkotik əməliyyatı: evində çətənə yetişdirən şəxs tutuldu - FOTOLAR

DİN-dən narkotik əməliyyatı: evində çətənə yetişdirən şəxs tutuldu - FOTOLAR
11:58 7 Aprel 2017
104 Ölkə
Ölkə mətbuatı
A- A+

Respublikanın daxili işlər orqanları narkotik maddələrin qanunsuz dövriyyəsi, alqı-satqısı və kultivasiyasına qarşı mübarizə sahəsində növbəti uğurlu əməliyyat-axtarış tədbiri həyata keçirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Publika.az-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 42-ci Polis Bölməsinə (PB) Nardaran qəsəbə sakini əvvəllər məhkum olunmuş Faiq Dadaşovun yaşadığı fərdi yaşayış evinin həyətində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olub.

Bölmə əməkdaşlarının dərhal həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində F.Dadaşovun yaşadığı ünvana baxış keçirilib və oradan 49 ədəd xüsusi qulluq edilərək yetişdirilən çətənə kolları, 2045 ədəd çətənə toxumu və 1 kiloqram 415 qram qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Qeyd edilən faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/194125.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR