"Qəbələ" "Qarabağ" matçına onsuz çıxacaq

"Qəbələ" "Qarabağ" matçına onsuz çıxacaq
12:07 7 Aprel 2017
69 İdman
Ölkə mətbuatı
A- A+

Premyer Liqanın XXV turunda "Qarabağ"ın qonağı olacaq "Qəbələ"nin heyətində bir itki var.


Fanat.Az xəbər verir ki, baş məşqçi Roman Qriqorçuk həmyerlisi Vitali Vernidubun xidmətindən məhrumdu.


Zədəli olan ukraynalı müdafiəçi çempionluğun taleyi baxımından vacib matçda iştirak etməyəcək.


Əvəzində Elvin Camalov artıq sıraya dönüb. Gənc yarımmüdafiəçi "Qarabağ"la oyunda meydana çıxa bilər.


Qeyd edək ki, aprelin 9-da keçiriləcək “Qarabağ” - “Qəbələ” oyunu saat 20.30-da start götürəcək.


Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqblquot-quotqarabaquot-matcna-onsuz-cxacaq-t57411.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR