"Barselona" o futbolçunu qaytarır

"Barselona" o futbolçunu qaytarır
12:12 7 Aprel 2017
92 İdman
Ölkə mətbuatı
A- A+

"Barselona"nın yay fasiləsində transfer edəcəyi futbolçulardan biri məlum olub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Kataloniya təmsilçisi "Everton"un yarımmüdafiəçi Xerard Dulofeu ilə anlaşıb.

Hazırda icarə əsasında "Milan"da çıxış edən 23 yaşlı futbolçu yenidən yetirməsi olduğu "Barsa"nın formasını geyinəcək. Tərəflər arasında ilkin razılığa görə, İspaniya nəhəngi bu transfer müqabilində ingilislərə 12 milyon avro ödəyəcək.
 
Qeyd edək ki, Xerard Dulofeu "Everton"a 2015-ci ildə məhz "Barselona"dan keçib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/532936.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR