"Premyer Liqa qalmağım üçün yalvarır" - İbrahimoviç

"Premyer Liqa qalmağım üçün yalvarır" -   İbrahimoviç
12:27 7 Aprel 2017
73 İdman
Ölkə mətbuatı
A- A+

"Mançester Yunayted"in ulduzu Zlatan İbrahimoviç yenə iddialı açıqlamaları ilə gündəmə gəlib. Fanat.Az xəbər verir ki, isveçli forvard özünü aslan adlandırıb.


"Everton" matçından sonra açıqlama verən İbra "Aslanlarla insanlar müqayisə oluna bilməz" deyərək özünü aslan kimi təqdim edib.


Zlatan daha sonra bu sözləri deyib: "Bura 35 yaşımda gəldim. Hər kəs əlil arabasında olduğumu düşünürdüm. Ancaq aslan hələ yaşayır demək və hər kəsi yanıltmaq üçün cəmi 3 ay lazım oldu. Premyer Liqa qalmağım üçün yalvarır, bilirəm. Bir neçə ay sonra 36 yaşımda olacam. Bunun sadəcə rəqəm olduğunu hər həftə göstərirəm. İşimi görməyə və daha çox gənc futbolçuların məndən yaşlı olduğunu göstərməyə davam edəcəm".


Qeyd edək ki, yayda "Los Ancels Qalaksi"yə keçəcəyi deyilən İbrahimoviç "Mançester Yunayted"də keçirdiyi 41 oyunda 26 qol vurub.


Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotpremyer-liqa-qalmam-ucun-yalvarrquot-t57412.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR