Siyavuş Novruzov: “Azərbaycan-Rusiya münasibətləri sarsılmazdır”

Siyavuş Novruzov: “Azərbaycan-Rusiya münasibətləri sarsılmazdır”
12:28 7 Aprel 2017
83 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Milli Məclisin növbəti plenar iclası işə başlayıb.

Publika.az xəbər verir ki, iclasın gündəliyinə 40 məsələ daxildir.

İclasda ilk çıxış edən Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) fəaliyyətinin dayandırılmasına dair yayılmış məlumatlarla bağlı narahatlığını ifadə edib.

S.Novruzov deyib ki, bu məsələ son günlər Azərbaycan xalqını da ciddi narahat edir:

“Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğv olunması ilə hansısa qüvvələr Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirməyə çalışır. Bizim dövlətlərimiz hər zaman bir-biri ilə müttəfiq və strateji tərəfdaş olub. Azərbaycanda 300-dən çox rusdilli məktəblər fəaliyyət göstərir. Azərbaycan hər zaman strateji müttəfiqlik münasibətlərinə sadiq olub. Hesab edirəm ki, bu cür məsələlərin son günlər ortaya atılması vətəndaşlarımızı narazılığına səbəb olub”.

Komitə sədri qeyd edib ki, Azərbaycan-Rusiya münasibətləri hər zaman yüksələn xətlə inkişaf edir:

“Azərbaycan təkcə Rusiya deyil, İran, Türkiyə və digər dövlətlərlə də yaxşı münasibətlər qurub. Türkiyə-Rusiya münasibətlərinin normallaşmasına görə də Azərbaycan Prezidentinə təşəkkür edib. Bütün bunlar bir daha onu göstərir ki, Azərbaycan-Rusiya münasibətləri sarsılmazdır. İmkan verməmliyik ki, bizim münasibətlərə xələl gətirmək istəyən qüvvələr öz istəklərinə nail olsun”.

Milli Məclisin deputatları - Zahid Oruc, Elmira Axundova və Mixail Zabelin də Siyavuş Novruzovun fikirlərini dəstəklədiklərini bildiriblər.

Hazırda iclas çıxışlarla davam edir.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/194131.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR