"Neftin qiyməti ilə bağlı proqnozlarımız özünü doğruldur" - Nazir müavini

"Neftin qiyməti ilə bağlı proqnozlarımız özünü doğruldur" - Nazir müavini
12:32 7 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Cari ilin birinci rübünün yekunları onu deməyə əsas verir ki, dünya birjalarında neftin qiyməti 2017-ci il üçün Azərbaycanın dövlət büdcəsində "qara qızıl"ın baza dəyərindən daha yüksəkdir.

Milli.Az xəbər verir ki, bunu APA-ya açıqlamasında maliyyə nazirinin müavini Azər Bayramov bildirib.

"Bilirsiniz ki, biz 2017-ci ilin dövlət büdcəsində neftin baza qiymətini 40 dollardan götürmüşük. Birinci rübün yekunları onu göstərir ki, neftin qiyməti planlaşdırdığımızdan daha yüksəkdir. Amma neftin qiymətinə bel bağlamaq olmaz, çünki qiymətlərdə qeyri-stabillik müşahidə olunur. Təbii ki, neftin müxtəlif qiymətləri ilə bağlı bizim ssenarilərimiz var. Qiymətlərə uyğun siyasətimizi yürüdəcəyik", - deyə nazir müavini bildirib.
 
Qeyd edək ki, "Fitch" reytinq agentliyinin hesablamalarına əsasən, neftin 1 barelinin qiyməti 66 dollar təşkil etdiyi halda Azərbaycanın dövlət büdcəsi profisitlə icra olunacaq.
 
Xatırladaq ki, 2017-ci ilin yanvar-fevral aylarında dövlət büdcəsinə 2 mlrd. 370,5 mln. manat vəsait daxil olub, büdcədən 2 mlrd. 191,7 mln. manat vəsait xərclənib. Büdcənin icrasında 178,8 mln. manatlıq profisit yaranıb. Bu məbləğ ümumi daxili məhsulun 1,8%-i səviyyəsində olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/532961.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR