ABŞ-ın raket hücumu zamanı ölənlərin sayı

Suriyada ABŞ-ın raket hücumu zamanı ölənlərin sayını açıqlanıb.

Metbuat.az bildirir ki, bu barədə Suriyanın Homs şəhərinin qubernatoru Talal Barazi açıqlama verib. Qubernator ABŞ-ın raket zərbələri nəticəsində şəhər 4 suriyalı hərbçinin həlak olduğunu bildirib. O qeyd edib ki, ABŞ-ın məqsədi Suriyanın hərbi gücünü zəiflətmək və terrora dəstək nümayiş etdirməkdir.

"Bu hücum beynəlxalq terrordur. Buna baxmayaraq, Suriya ordusu terrora qarşı mübarizəni davam etdirək".

Qeyd edək ki, ABŞ-ın Aralıq dənizindəki hərbi gəmilərindən Suriyanın Homs şəhərindəki "Əş- şəyrat" bazasına 56 "Tomaqavk" tipli qanadlı raket atılıb. Bu, Suriya ordusunun İdlibdə kimyəvi silahdan istifadə etməsinə cavab xarakteri daşıyıb.

Xəyalə Xatun / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR