"Konqresimizin ləğvi barədə qərar iki dövlət arasında narazılıq yaradır" - Siyavuş Novruzov

"Konqresimizin ləğvi barədə qərar iki dövlət arasında narazılıq yaradır" - Siyavuş Novruzov
12:42 7 Aprel 2017
86 Ölkə
Ölkə mətbuatı
A- A+

Ümumrusiya Azərbaycanı Konqresinin fəaliyyətinin dayandırılması ilə bağlı müraciət Milli Məclisdə etirazla qarşılanıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Milli Məclisin plenar iclasında çıxış edən Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib ki, bu, Rusiya ilə Azərbaycan arasında münasibətlərə ciddi xələl gətirmək istəyən qüvvələrin təhrikidir.

Azərbaycanda 300-dən çox rusdilli məktəb, o cümlədən Rusiya ali təhsil müəssisələrinin filiallarının fəaliyyət göstərdiyini xatırladan S.Novruzov qeyd edib ki, Rusiyadakı konqresin fəaliyyəti aktiv olub. Konqres bu ölkədəki azərbaycanlıları birləşdirən böyük təşkilatdır. O təklif edib ki, Milli Məclisdəki dostluq qrupu parlament adından bu barədə müraciət hazırlasın.
 
"Azərbaycan Ermənistan istisna olmaqla bütün qonşularla yüksək səviyyədə müttəfiqlik münasibətindədir. Rusiya ilə həmişə münasibətlərə böyük diqqət veririk. Ona görə də konqresimizin ləğvi barədə qərar həm iki dövlət, həm də iki dövlətin vətəndaşları arasında narazılıq yaradır" - deyə, deputat bildirib. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/532964.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR