"Qəbələ"dən 10:0 hesablı qələbə

"Qəbələ"dən 10:0 hesablı qələbə
12:47 7 Aprel 2017
80 İdman
Ölkə mətbuatı
A- A+

"Qəbələ" futbol akademiyasının komandaları AFFA-nın təşkilatçılığı ilə keçirilən aşağı yaş qrupları üzrə liqalarda növbəti oyunlarını keçirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "qırmızı-qaralar"ın U-19 komandası evdə AZAL-ı 5 cavabsız qolla məğlub edib.

26 oyundan sonra 62 xala malik komanda 2-ci pillədə qərarlaşıb.

Öz meydanında "Qarabağ"ı qəbul edən U-17 bir xalla kifayətlənib - 1:1. 21 qarşılaşmadan sonra 49 xala malik komanda turnir cədvəlinin 3-cü pilləsindədir.

AZAL-la görüşən U-16 səfər oyununda 10 cavabsız qol vurub. 21 matç keçirən "Qəbələ" 49 xalla yarışın lideridir.

U-15 "Neftçi" ilə rəqib meydanındakı qarşılaşmadan bərabərliklə ayrılıb - 1:1. Komanda 19 matçda topladığı 51 xalla 1-ci pillədə qərarlaşıb.

Paytaxt zonasında çıxış edən U-14 "Əlincə" ilə qarşılaşıb. Matçda qalib müəyyənləşməyib - 1:1. 18 oyunda 33 xal toplayan "Qəbələ" 4-cü sıradadır.

Eyni zonada mübarizə aparan U-13 "İnter"i məğlub edib - 1:0. 18 matçda 38 xal yığan "qırmızı-qaralar" 2-ci pillədə qərarlaşıb.

Qızlar Liqasında çıxış edən "Qəbələ" "Zaqatala"ya qalib gəlib - 2:1. 14 oyundan sonra 37 xala malik komanda yarışın lideridi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/532951.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR