Almaniya və İngiltərə ABŞ-a dəstək oldu

ABŞ-ın Suriya ərazisinə roket zərbələri endirməsinə Almaniya və Fransa tərəfindən şərh verilib.

Metbuat.az bildirir ki, Almaniya Kansleri Angela Merkel və Fransa prezidenti Fransua Olland tək günahkarın Bəşər Əsəd olduğunu, bununla bağlı bütün sanksiyaları dəstəklədiklərini qeyd ediblər.

İngiltərə hökuməti ABŞ-a birmənalı olaraq dəstək verdiyini bəyan edib. Hücumun Suriyada kimyəvi silahlarla təşkil olunan qətliama cavab olaraq reallaşdırılması diqqətə çatdırılıb. Eyni zamanda, gələcəkdə baş tuta biləcək əməliyyatlarda ABŞ-a istənilən yardımın anındaca yerinə yetiriləcəyi söylənilib.

Orxan / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR