"Nə qədər yüksək qonorar olsa da, komediya janrında filmə çəkilmərəm" - FOTO

"Nə qədər yüksək qonorar olsa da, komediya janrında filmə çəkilmərəm" - FOTO
13:12 7 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Aktyor Kamran Ağabalayev ötən gün tədbirlərin birində görüntülənib.

Milli.Az-ın axşam.az-a istinadən məlumatına görə, aktyor yeni işlərindən danışıb.

O bildirib ki, rol aldığı "Üçüncü günün adamı" filminin çəkilişləri başa çatıb:

"Filmin qalası ya apreldə, ya da Kino günündə - avqustda baş tutacaq. Türkiyədə yeni bir seriala çəkilirəm. Ekran işinin ilk bölümü yayımlanıb. Mənim yer aldığım bölümlər hələ efirə getməyib. Ümid edirəm ki, bu da reytinq qurbanı olmaz. Bir türk filmində də rol almışam. Onun qalası həm qardaş ölkədə, həm də Azərbaycanda olacaq. Avqustda Türkiyədə daha bir ekran işində rol alacağam".

K.Ağabalayev yeni çəkilən Azərbaycan filmlərindən söz açıb:

"Filmlərin çox çəkilməsi yaxşıdır. Hələ ki buna biznes kimi baxırlar. Amma zamanla ələkdən keçəcək, yaxşı aktyor və rejissor kimdirsə, onlar qalacaqlar. Komediya janrında olan filmləri sevmirəm. Təklif gələndə də, razılaşmıram. Artıq rejissorlar da bunu bilir. Bir dəfə Türkiyədə "Kızkaçıran"da çəkildim. Orada həm rejissor dostum idi, həm də filmdəki obrazım ciddiydi".

Aktyor deyib ki, nə qədər yüksək qonorar olsa da, komediya janrında filmə çəkilməyə razılaşmaz:

"Hər şey qonorar demək deyil. Qadınlar deyirlər ki, yüksək qonorar olsa, soyunaram... Bu peşəni ucuzlaşdırmaq lazım deyil. Aktyorluq dünyada ən ali peşələrdən biridir. Hər insan bir həyatı yaşayır. Biz aktyorlar isə 15-20 insanın həyatını yaşayırıq. Bunun dəyərini anlamırlar".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/532957.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR