Amerikanın Suriya bombardmanının XƏRCİ: 94 milyon dollar

Amerikanın Suriya bombardmanının XƏRCİ: 94 milyon dollar
13:17 7 Aprel 2017
85 Dünya
Ölkə mətbuatı
A- A+

Amerika səhər saatlarında Aralıq dənizindəki hərbi gəmiləri ilə Suriya ərazisində yerləşən aviabazaya "Tomahawk" raketiləriylə zərbələr endirib.

Milli.Az "Hürriyet"ə istiandla bildirir ki, Amerikanın Suriya bombardmanının xərci açıqlanıb.

Hər biri 1 milyon 590 min dollara olan raketlərdən 59-u istifadə olunub. Belə ki, bu hücum Amerikaya təxminən 94 milyon dollara başa gəlib.

Qeyd edək ki, adı "BGM-109" olan bu raketlərdən ilk dəfə 1991-ci ildə Birinci Körfəz müharibəsində İraqa qarşı istifadə edilib. Müharibə gəmilərdən atılan "Tomahawk" raketləri ilə başlamışdı.

Bəxtiyar Umarlı
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/532981.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR