Zahid Oruc: “Avropa Birliyi Azərbaycan vətəndaşlarına vizasız səyahət imkanı yaratmalıdır”

Zahid Oruc: “Avropa Birliyi Azərbaycan vətəndaşlarına vizasız səyahət imkanı yaratmalıdır”
13:18 7 Aprel 2017
95 Digər
Ölkə mətbuatı
A- A+

“Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının dayandırılması ilə bağlı məsələ iki dövlət arasında mövcud olan strateji münasibətlərə uyğun deyil. Ümid edirəm ki, bu məsələ Rusiya elitasına çatacaq və məsələ həll olunacaq”.

Publika.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deputat Zahid Oruc bildirib.

Z.Oruc Gürcüstanın ardınca Ukraynanın da vizasız rejimlə Avropaya getmək imkanı qazandığını söyləyib:

“Azərbaycan ötən illər ərzində Avropanın ən yaxın siyasi, hüquqi tətəfdaşı olub. Amma bunun əvəzində Azərbaycan vətəndaşları Şengen ərazisinə daxil olmaq üçün çox sərt rejimdən keçməli olur. Qərb təşkilatlarının, Avropa Birliyinin istəyi varsa ki, Azrbaycan vətəndaşları ona tərəf üz çevirsin, o zaman öz qapılarını bu insanların üzünə açmalıdır. Yəni, Avropa Birliyi Azərbaycan vətəndaşlarına da vizasız səyahət imkanı yaratmalıdır”.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/194140.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR