Damarları təmizləyib qan dövranını yaxşılaşdıran qidalar

Damarları təmizləyib qan dövranını yaxşılaşdıran qidalar
13:28 7 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Çox yağlı yeməklər damarların əhəngləşməsinə səbəb olur. Vaxt keçdikcə insanın damarlarında piyə oxşar maddə xolesterin yığılmağa başlayır. Xolesterin damarları daraldır, daha zəif, nazik edir, elastikliyini pozur. Xolesterinlə tıxanmış damarlar asanlıqla partlaya bilər. Bu isə inrfarkt və ya insultla nəticələnir.

Publika.az-ın sağlamlıq bölməsi xəbər verir ki, əgər yediyiniz qidalar yağlıdırsa, damarlar xolesterin ilə tıxanır. Lifli meyvə və tərəvəzlər yağlı qidaların təsiri nəticəsində yaranmış yüksək təzyiqin qarşısını alır və əhənglənmiş damarları təmizləyir.

Zeytun yağı pis xolesterini azaltmağa kömək edir. Ümumiyyətlə, şəfa mənbəyi kimi tanınan bu yağ damarlarda xolesterin yığılmasına yol açmaz. Qədərində istifadə edildikdə faydalıdır, ancaq yüksək kalori dəyərinə malik olduğu üçün həddi aşmaq olmaz.

Alma, çiyələk, portağal, qreypfrut və üzüm kimi meyvələr də xolesterini aşağı salmaq üçün təsirli ola bilər. Lif miqdarı yüksək olan meyvələr ürək və xərçəng kimi ciddi xəstəliklərin də riskini azaldır.

Yüksək lif nisbəti olan qidalar damarları xolesterindən təmizləmək üçün çox faydalıdırlar. Yulaf əzməsi, alça qurusu, banan, arpa, paxla məhsullarının da lif miqdarı yüksəkdir.

Omeqa-3 yağ turşularını ehtiva edən balıqlar da damarları təmizləyib qan dövranı sistemini yaxşılaşdırır, yüksək təzyiq riskini azaldır, qan laxtalanmasının inkişafının qarşısını alır. Həmçinin ürək xəstəliklərinin səbəb olduğu ölüm riskini azaldır. Xüsusilə qızılbalıq, sardinya, skumbriya, siyənək balığı və ton balığı omeqa-3-lə zəngindir.

Hər gün bir ovuc duzlanmış çərəz də xolesterin səviyyəsini aşağı salmaq çün ideal vasitədir. Yer fıstığı, fındıq, badam, fındıq, qoz salatlara əlavə edə, çiy halda istehlak edə, yaxud üyüdərək qatığın, ya da smuzilərə qata bilərsiniz. Çərəzlərdə olan faydaları yağlar damarların təmizlənməsinə kömək edir və bütün orqanizmdə qan dövranını yaxşılaşdırır. Lakin bir ovucdan artıq yemək artıq çəkiyə səbəb ola bilər.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/saghlamliq/194142.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR