Azərbaycanlı idmançılar Avropada itkin düşüblər?

Azərbaycanlı idmançılar Avropada itkin düşüblər?
13:32 7 Aprel 2017
98 Ölkə
Ölkə mətbuatı
A- A+

Tanınmış azərbaycanlı jurnalisti, səyyah Azər Qəribov sosial şəbəkədə Xorvatiyaya gedən idmançılarımızın itməsi barədə məlumat paylaşıb. 

Jurnalist bildirib ki, Xorvatiyanın Split şəhərində keçirilən ağır atletika üzrə Avropa çempionatına gedən azərbaycanlı idmançılar yoxa çıxıblar.

"Oteli tərk edən idmançılar yarışlara gəlməyiblər və polis artıq iki gündür ki, onları axtarır", - deyə A.Qərib yazıb.

Milli.Az xəbər verir ki, azvision.az məsələ ilə bağlı Gənclər və İdman Nazirliyi ilə əlaqə saxlayıb. Nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova saytımıza bildirib ki, yayılan məlumat doğru deyil, idmançılarımız itməyib. 

Bununla bağlı nazirlik geniş məlumat yayacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/532996.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR