Türkiyə hücumlara dəstək verəcək – RƏSMİ

Türkiyə hücumlara dəstək verəcək – RƏSMİ
13:38 7 Aprel 2017
86 Dünya
Ölkə mətbuatı
A- A+

“ABŞ-ın Suriyanın Şayrat hərbi hava bazasına hava hücumunu Bəşər Əsəd rejiminin müharibə cinayətlərinə qarşı verilmiş müsbət bir cavab kimi qiymətləndiririk”.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın deyib.

Onun sözlərinə görə, hava bazasının yararsız hala gətirilməsi vətəndaşlara qarşı hücumların cavabsız qalmaması baxımından əhəmiyyətli bir addımdır. Prezident sözçüsü bildirib ki, bənzər qətliamların yenidən baş verməməsi üçün təcili olaraq uçuşa qadağan və təhlükəsiz zona yaradılmalıdır.

Türkiyə Xarici İşlər Nazirliyi də Suriya ordusuna məxsus hərbi hava bazasına hücumu müsbət qarşılandıqlarını açıqlayıb. Bildirilib ki, bənzər cinayətlərin cəzasız qalmaması üçün atılacaq addımlar Türkiyə tərəfinən dəstəklənəcək.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/194141.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR