Separatçı general: "Aprel hadisələrindəki itkilərimiz bütün ermənilərə mesaj oldu"

Separatçı general: "Aprel hadisələrindəki itkilərimiz bütün ermənilərə mesaj oldu"
13:47 7 Aprel 2017
109 Ölkə
Ölkə mətbuatı
A- A+

Ötən ilin aprel ayındakı dördgünlük müharibə zamanı insan və ərazi itkilərimiz olub.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, bu etirafı erməni mətbuatına müsahibəsində Qarabağ separatçılarından biri, tanınmamış "DQR" "parlamentinin" üzvü, general Vitali Balasanyan deyib.

"Biz imzalanmış sənədlərə, digər ölkələrin prezidentlərinin və həmsədrlərin bəyanatlarına sadəlövhcəsinə inanırıq. Ötən ilin aprelində məhz bu baş verdi. Həqiqətən, Azərbaycanın silahı bizdən çoxdur. Nə qədər çətin olsa da, bunu deməyə məcburam. Aprel hadisələrindəki itkilərimiz bütün ermənilərə mesaj oldu".

Aprel döyüşləri zamanı yanacaq və hərbçilər arasında rabitə sistemi ilə bağlı problemə gəlincə, Vitali Balasanyan bildirib: "Məsələ ondadır ki, rabitə düzgün təşkil olunmamışdı. Yəni, problemlər, bizim qeyri-mütəşəkkilliyimizdən irəli gəlib. Nəticədə qarşı tərəf bundan çox yaxşı formada yararlandı. Yanacaqla yaranan problemə gəlincə, bu, laboratoriyanın işidir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/532988.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR