Əsəd ABŞ-a MEYDAN OXUDU: Toqquşma GÜCLƏNİR

Əsəd ABŞ-a MEYDAN OXUDU: Toqquşma GÜCLƏNİR
14:03 7 Aprel 2017
230 Dünya
Ölkə mətbuatı
A- A+

Suriyada müxalif qrupların olduğu İdlibin Xan Şeyhun bölgəsinə yenidən hava zərbələri endirilib.

Publika.az
xəbər verir ki, hücum bu gün səhər saatlarında baş verib.

Qeyd edək ki, Suriya ordusunun bir neçə gün öncə bu bölgəyə kimyəvi silahla hücumu nəticəsində 100-ə qədər insan həlak olub. Bu hücum beynəlxalq arenada ciddi gərginliyə səbəb olub. ABŞ bu gecə Xan Şeyhun bölgəsinə kimyəvi silahla hücuma cavab olaraq, Suriya ordusunun mövqelərini bombalayıb. Rusiya ABŞ-ın bu addımına sərt reaksiya verib. Hazırda Rusiya və ABŞ arasında qarşıdurma yenidən qızışıb.

İdlibə yeni hücumun kimin tərəfindən olduğu dəqiqləşməyib. Lakin hərbi mütəxəssislər bu hücumu Rusiya təyyarələri tərəfindən edildiyini hesab edirlər. Hücum Moskvanın Vaşinqtona cavabı kimi qiymətləndirilir.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/194150.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR