Suriyanın Xan-Şeyhun şəhərinə daha bir raket zərbəsi

Suriyanın Xan-Şeyhun şəhərinə daha bir raket zərbəsi
14:22 7 Aprel 2017
120 Dünya
Ölkə mətbuatı
A- A+

Suriyanın aprelin 4-də kimyəvi silah hücumuna məruz qalmış İdlib vilayətinin Xan-Şeyhun şəhəri bu gün raket zərbələrinə tuş gəlib.

Milli.Az virtrualaz.org -a istinadən bildirir ki, bu xəbəri Londonda yerləşən Suriya İnsan Hüquqları Monitorinq Mərkəzindən veriblər.

Hələlik şəhərə kim tərəfindən zərbə endirildiyi məlum deyil.

Aprelin 4-də Xan-Şeyhun şəhərinə kimyəvi silahla hücum edilmiş, nəticədə, azı 58 nəfər, o cümlədən 11 uşaq həlak olmuşdu. ABŞ hökuməti bu hücumda Bəşər Əsəd rejimini günahlandırıb. Lakin Rusiya hökumət dairələrinin məlumatına görə, Suriya ordusunda kimyəvi silah yoxdur və faciə Xan-Şeyhun şəhərində terrorçuların kimyəvi silah saxladıqları hərbi bazaya hücum nəticəsində baş verib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/533023.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR