Müəllimlərin işə qəbulu ilə bağlı YENİ QAYDALAR hazırlanır

Müəllimlərin işə qəbulu ilə bağlı YENİ QAYDALAR hazırlanır
14:27 7 Aprel 2017
1231 Ölkə
Ölkə mətbuatı
A- A+

Müəllimlərin işə qəbulu ilə bağlı yeni qaydalar hazırlanır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov deyib.

O bildirib ki, bu sahədə bir sıra yeniliklər də olacaq: "Dəyişikliklər müəllimlərin xeyrinə olacaq. Bu il daha çox namizəd sayı gözləyirik, çünki vakansiyalar artıq olacaq".

Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov isə qeyd edib ki, Bakı şəhəri üzrə məktəblərdə direktor olmaq istəyən namizədlər üçün təlimlər keçiriləcək: "Müvafiq ali təhsil müəssisələrində keçirilən bu təlimləri uğurla başa vuran namizədlər daha sonra Bakı şəhəri üzrə Təhsil İdarəsinə müsahibə mərhələsinə dəvət olunacaqlar.

C.Valehov əlavə edib ki, müsahibədən keçən namizədlər Təhsil Nazirliyində keçiriləcək müsabiqədə iştirak edəcək: "Yaxın zamanda təlimlərlə baģlı ictimaiyyətə məlumat veriləcək. Aprelin 1-dən bu günə qədər paytaxtdan əlavə, digər şəhər və rayonlar məktəblərində direktor olmaq istəyən 2000-dən çox namizəd elektron qeydiyyatdan keçib. Halbuki keçən il ümumi müraciətlərin sayı 3000 idi. Proses davam etdiyindən bu il üçün müraciət edənlərin sayında artım olacağını gözləyirik".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/533025.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR