Sərnişin avtobusunda bunu etməyin!

Hər gün istifadə etdiyimiz nəqliyyat vasitələrində müxtəlif problemlərlə qarşılaşırıq. İctimai nəqliyyatı zibilləyən, asayişi pozan insanları görürük.

Metbuat.az xəbər verir ki, ictimai nəqliyyatlarda özünü apara bilməyənlərə qarşı tədbirlər görüləcək. "BakuBus" MMC artıq tədbirlərə başlayıb. Bu barədə "BakuBus" MMC-nin mətbuat xidmətinin rəhbəri Mansur Piriyev məsələ ilə bağlı bunları deyib:

“Bizim avtobuslarda videokameralar var, burda baş verən hər hansı qanun pozuntusu dərhal aiddiyəti orqanlara çatdırılır. Təəssüflər olsun ki, bəzi sərnişinlər oturacaqlara ziyan verir, saqqız yapışdırır, məişət tullantılarını avtobusda qoyub düşürlər. Biz belə hallara rast gəlmişik. Bir neçə dəfə asayişi pozan insanların şəkillərini paylaşmışıq. Beləcə, ictimai qınaq yarandığı üçün neqativ halların sayında azalma görürük. Gələcəkdə bu kimi halların yaşanmaması, sərnişinlərin ictimai nəqliyyatlarda qaydalara əməl etmələri ilə bağlı nəzarəti formalaşdırmaq üçün tədbirlər keçirəcəyik”.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR