Azərbaycan atletləri Xorvatiyada yoxa çıxıb?

Azərbaycan atletləri Xorvatiyada yoxa çıxıb?
14:57 7 Aprel 2017
96 İdman
Ölkə mətbuatı
A- A+

Xorvatiyanın Split şəhərində keçirilən ağır atletika üzrə Avropa çempionatına gedən idmançılarımızın yoxa çıxması ilə bağlı sosial şəbəkədə məlumat yayılıb.


Atletlərimizin oteli tərk etdikləri, yarışlara getmədikləri və iki gündür polis tərəfindən axtarıldıqları bildirilir. Mənbənin məlumatına görə, idmançıların itkin düşməsi yerli televiziyaların əsas xəbərinə çevrilib.


Məlumatı dəqiqləşdirmək üçün virtualaz.org Ağır Atletika Federasiyası ilə əlaqə saxlayıb. Federasiyanın mətbuat xidmətinin rəhbəri Kənan Məstəliyev açıqlamasında məlumatın yanlış olduğunu, komanda üzvlərinin bir həftədir Bakıda olduqlarını deyib:


“Bizim atletlərimiz aprelin 1-i axşamdan Bakıdadırlar. Nümayəndə heyətimiz Xorvatiyada səfərdə olub. Lakin orada komandanı riskə atmamaq üçün qərar qəbul edilib ki, qarşıdakı İslam Oyunlarında iştirak etsinlər. Bizim idmançılarımız da gedib geri qayıdıblar. Əgər Split polisi atletlərin pasport yoxlanışından sonra sərhədi keçərək geri qayıtdıqlarını görə bilmirsə, nə deyək?”


K.Məstəliyev həmçinin qeyd edib ki, atletlər hazırda komandanın məşq bazasındadırlar və görünür, polisdə hansısa anlaşılmazlıq yaranıb.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-azrbaycan-atletlri-xorvatiyada-yoxa-cxb-t57418.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR