"Rusiya Suriyanın hava hücumundan müdafiəsini gücləndirir" - GENERAL

"Rusiya Suriyanın hava hücumundan müdafiəsini gücləndirir" - GENERAL
15:04 7 Aprel 2017
100 Digər
Ölkə mətbuatı
A- A+

“Yaxın vaxtlarda Suriya Silahlı Qüvvələrinin hava hücumundan müdafiə sisteminin effektivliyini artırmaq və möhkəmləndirmək üçün kompleks tədbirlər görüləcək”.
 
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib. “Suriyadakı infrastrukturun daha həssas obyektlərini əhatə etmək üçün yaxın vaxtlarda Suriya hava hücumundan müdafiə sisteminin effektivliyini artırmaq və möhkəmləndirmək üçün kompleks tədbirlər görüləcək”, - deyə o, qeyd edib.
 
Rusiya MN-in sözçüsü ABŞ-ın Suriyadakı aviabazaya raket zərbələrinin döyüş effektivliyinin çox aşağı olduğunu söyləyib: “Aprelin 7-də Moskva vaxtı ilə saat 03:42 - 03:56 arasında Aralıq dənizi akvatoriyasındakı Krit adası rayonundan ABŞ hərbi dəniz qüvvələrinə məxsus iki hərbi gəmidən Suriyanın Homs əyalətindəki Əş-Şayrat aviabazasına 59 “Tomahawk” qanadlı raketləri ilə zərbə endirilib. Rusiya pilotsuz uçuş aparatlarının məlumatlarına görə, Suriya aviabazasına qədər həmin raketlərdən cəmi 23-ü uça bilib. Zərbələr nəticəsində texniki avadanlıq anbarı, yeməkxana, anqarda olan 6 ədəd “Miq-23” təyyarəsi, eləcə də radiolokasiya stansiyası məhv edilib. Uçuş-enmə zolağı və dayanacaqda olan Suriya hərbi Hava Qüvvələrinə məxsus təyyarələr ziyan görməyib. Suriya aviabazasının komandanlığının məlumatına görə, 2 suriyalı hərbçi itkin düşüb, 4 nəfər həlak olub, 6 nəfər isə yanğını söndürərkən xəsarət alıb”.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271605

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR