ABŞ-ın Aralıq dənizindən Suriyada Əsəd rejiminin Şaryat
hərbi hava bazasını bombalaması “Rusiya və Suriyaya aid Hava
Müdafiə Sistemi hücumun qarşısını niyə almadı” sualını gündəmə
gətirdi. Bildiyiniz limi, Rusiya Suriyada Hava Hücumundan Müdafiə
Sistemləri quraşdırıb. Bu sistem istənilən hava hücumunun qarşısını
almaq gücündədir.
Publika.az hücumun qarşısının alınmamasına dair bir neçə
ehtimalı təqdim edir:
Rusiyaya məlumat verilib: ABŞ-ın Suriyanı
vurmasından sonra bəyanat yayan Pentaqon hücumla bağlı Rusiyaya
məlumat verdiklərini açıqlayıb. Ehtimal olunur ki, Moskva hücuma
şərait yaradıb.
“Dəstəyimiz sərhədsiz deyil”: Əsəd rejiminin
İdlibin Xan Şeyhun bölgəsinə kimyəvi silahla hücumdan sonra Kremlin
sözçüsü Dmitri Peskov “Rusiyanın Bəşər Əsədə dəstəyi sərhədsiz
deyil” açıqlamasını verdi. Ehtimal olunur ki, ABŞ-ın hücumu zamanı
Rusiya Hava Hücumundan Müdafiə Sistemlərini bağlayıb.
Radara düşməyən raketlər: başqa bir ehtimala görə,
ABŞ-ın hücumda istifadə etdiyi yeni model “Tomahawk” raketini Hava
Hücumundan Müdafiə Sisteminin tuta bilməməsidir.
Alçaqdan uçuş: “Tomahawk” raketlərinin alçaqdan
uçduğuna görə də radara düşməməsi ehtimalı var.
Asif