Kamran Ağayev hardadır?

Kamran Ağayev hardadır?
15:17 7 Aprel 2017
95 İdman
Ölkə mətbuatı
A- A+

Millimizin qolkiperi Kamran Ağayevin harda olması indi hər kəsi düşündürür.


"Boavişta" ilə müqaviləsi davam edən Ağayevin karyerasını Azərbaycanda davam etdirəcəyi həll olunmuş məsələdir. Onun hələ bir müddət əvvəl "Portuqaliyada darıxıram, Azərbaycanda oynamaq, evlənmək və atamın arzusunu həyata keçirmək istəyirəm" sözləri boşuna deyilməmişdi. 


Qapıçının özünə çox yaxın mənbənin sport7.az-a verdiyi məlumata görə, hələ yeni il ərəfəsində Kamran yaxın çevrəsinə Portuqaliyada darıxdığını, ilk imkandaca vətənə dönmək istədiyini dilə gətiribmiş. Qış fasiləsində "Neftçi"də böyük dəyişikliklərin başlanması, yeni transferlərə yaxşı pul xərclənməsi onu daha da həvəsləndirib. Ağayev özü də başa düşürdü ki, "Neftçi" hazırkı şəraitdə onu heyətə qatmaq istəyən yeganə Azərbaycan klubu ola bilər. Digər bütün klubları zamanında öz əlcəyi kimi dəyişib və çətin xarakteri ilə hər biriylə müəyyən münaqişələr yaşayıb. Amma Portuqaliya klubu ilə müqavilənin davam etməsi onun "ağ-qaralar"la anlaşmasına imkan vermədi. Üstəlik, Kamranın qışda Bakıya qayıtması ictimaiyyətdə və azarkeşlər arasında yaxşı qarşılanmadığından geriyə addım atıldı.


Kamranla "Neftçi"nin izdivacı üçün bütün detallar dəqiqləşdirilib. Tərəflər arasında əldə olunmuş anlaşmanın rəsmiləşməsi üçün mövsümün sonunu gözləmək lazımdı. Fövqaladə nəsə baş verməsə, Kamran millinin baş məşqçisi Robert Prosineçkinin də xeyir-duası ilə karyerasını "Neftçi"də davam etdirəcək.


Hazırkı şəraitdə sual doğuran məsələ Kamranın harda olmasıdı. Millinin Almaniya ilə oyunundan sonra bir gün gecikməylə Portuqaliyaya yola düşən Ağayev "Boavişta" ilə problemlərini yoluna qoyub, Bakıya qayıtmalıydı. Amma hələlik Kamranın harda olması haqda dolğun informasiya yoxdu. Bir müddət əvvəl onun Portuqaliyadan qayıtması, "Neftçi"nin məşqlərinə qoşulduğu deyilsə də, bu məlumat təsdiqini tapmadı. 


"Kamran Ağayev hardadır?" sualına indi birmənalı cavab vermək çətindi. İlkin ehtimal odu ki, "Boavişta"dan ayrılan Kamran "taym-aut" götürüb və vaxtını istirahətə sərf edir. İkinci variant ona Portuqaliyada problem yaradılmasıdı. Mümkündü ki, "Boavişta"yla ortaq dil tapa bilməyən və müqaviləsinə xitam verilməyən Ağayev mövsüm bitənə qədər klubun düşərgəsində qalmağa məcbur edilib. 


Hər halda bu yöndə araşdırmalarımız davam edir. Çox tezliklə oxucularımıza dolğun informasiya çatdırmağa çalışacağıq.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-kamran-aayev-hardadr-t57419.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR