Joze Mourinyodan 60 milyonluq transfer

Joze Mourinyodan 60 milyonluq transfer
15:47 7 Aprel 2017
137 İdman
Ölkə mətbuatı
A- A+

"Mançester Yunayted"in növbəti transfer hədəfi müəyyənləşib. Fanat.Az xəbər verir ki, "qırmızı-şeytanlar" "İnter"dən İvan Perişiçi hədəfə alıb.


"Gazzetta dello Sport"da yer alan xəbərə görə, Joze Mourinyonun istədiyi xorvat futbolçu üçün "Mançester Yunayted" rəhbərliyi "İnter"ə 60 milyon avro ödəməyə hazırdı.


Mourinyonun İvan Perişiç "Borussiya"da (Dortmund) oynadığı günlərdən izlədiyi deyilir. 28 yaşlı futbolçunu "Çelsi"nin baş məşqçisi Antonio Kontenin də istədiyi biddirilir.


Qeyd dək ki, 2015-ci ildə "Volfsburq"dan "İnter"ə 14,5 milyon avroya transfer olunan İvan Perişiç cari mövsümdə 34 oyuna çıxaraq 9 qol vurub və 4 qol ötürməsi verib.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-joze-mourinyodan-60-milyonluq-transfer-t57420.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR