Putin ABŞ-ın aviazərbələri ilə əlaqədar müşavirə keçirdi

Putin ABŞ-ın aviazərbələri ilə əlaqədar müşavirə keçirdi
15:47 7 Aprel 2017
98 Dünya
Ölkə mətbuatı
A- A+

"Rusiya Prezidenti Vladimir Putin RF Təhlükəsizlik Şurasının daimi üzvləri ilə ABŞ-ın Hums vilayətindəki Şayrat aviabazasına raket zərbələrindən sonra Suriyada vəziyyəti müzakirə edib".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib.

O, görüşdə rəsmi Vaşinqtonun fəaliyyətinin beynəlxalq hüquqa zidd, təcavüz aktı kimi qiymətləndirildiyini bildirib:

"Həmçinin bu faktın Rusiya-ABŞ münasibətlərinə zərər vurması ilə bağlı təəssüf qeyd olunub".

D.Peskov əlavə edib ki, müşavirədə Rusiya Hərbi Kosmik Qüvvələrinin Suriya Silahlı Qüvvələrinin antiterror əməliyyatlarına dəstəyi davam etdirməsi məsələsi də müzakirə edilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/533047.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR