Ukrayna ABŞ-ı dəstəklədi

Ukrayna ABŞ-ın Aralıq dənizindəki hərbi gəmilərindən Suriyanın Homs şəhərindəki bazasını bombalamasını dəstəkləyib.

Ukrayna rəhbərliyi atılan addımın gələcəkdə Əsəd rejimi tərəfindən baş verə biləcək hər hansı hərbi cinayətin qarşısının alınmasına hesablandığını bildirib.

Metbuat.az xəbər verir ki, ölkə XİN-i bildirib ki, bu bəşəriyyətə qarşı çevrilən bəlaların qarşısının alınması deməkdir.

Qeyd edək ki, Fransa və Almaniya rəhbərliyi də baş verən hadisədə Bəşər Əsədi günahlandırıb.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR