Hindistan Prezidenti İlham Əliyevi təbrik edib

Hindistan Prezidenti İlham Əliyevi təbrik edib
16:05 7 Aprel 2017
90 Ölkə
Ölkə mətbuatı
A- A+

Hindistan Respublikasının Prezidenti Pranap Mukherci Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda deyilir:

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Bu il fevralın 28-də Azərbaycan Respublikası ilə Hindistan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə Zati-alinizə və Azərbaycan Respublikasının xalqına səmimi salamlarımı çatdırmaqdan böyük məmnunluq duyuram.

Şadam ki, bu 25 il ərzində ikitərəfli səmimi münasibətlərimiz yaxşı inkişaf etmişdir. Bütün sahələrdə genişlənən bu münasibətlərimiz və siyasi, iqtisadi, enerji, mədəni sahələrdə əməkdaşlığımız, habelə insanlar arasında fikir mübadiləsi qarşılıqlı faydalı olmuş və hər iki regionda sülh, sabitlik və inkişafa əhəmiyyətli töhfə vermişdir.

Hindistanın Azərbaycan ilə çoxşaxəli əlaqələrinin qarşıdakı illərdə daha da möhkəmlənəcəyinə və yeni-yeni zirvələr fəth edəcəyimizə səmimiyyətlə inanır və gələcəyə ümidlə baxıram.

Zati-aliləri, Sizə möhkəm cansağlığı və firavanlıq, həmçinin Azərbaycan Respublikasının xalqına davamlı tərəqqi və rifah arzularımı çatdırmaq istərdim.

Zati-aliləri, ən dərin hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/533056.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR