"Son 3 ayda Azərbaycana 544 mindən çox əcnəbi gəlib"

"Son 3 ayda Azərbaycana 544 mindən çox əcnəbi gəlib"
16:17 7 Aprel 2017
70 Ölkə
Ölkə mətbuatı
A- A+

"Bu ilin yanvar-mart ayları ərzində ərzində Azərbaycana 544 mindən çox əcnəbi gəlib".

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə bildirib.

Onun sözlərinə görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 24,9 faiz çoxdur: "Bu, kifayət qədər böyük rəqəmdir. Biz çoxdan idi ki, belə göstərici əldə etməmişdik. Bu rəqəmlərin əldə edilməsi dünyada çox nadir haldır. Ümumiyyətlə, bu gün dünya turizminin inkişaf tempi 4-6 faizdir".

Ə.Qarayev qeyd edib ki, ölkə Prezidentinin viza rejiminin sadələşdirilməsi və turizm sahəsi üzrə digər sərəncamları, eyni zamanda, bu il Novruz bayramı günlərində keçirilən zəngin tədbirlərin cəlbediciiyi turistlərin sayının artmasına səbəb olub.

Nazirin sözlərinə görə, yalnız Novruz bayramı günlərində Azərbaycana İrandan 65 mindən çox insan gəlib: "Bu, kifayət qədər ümidverici rəqəmdir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/533054.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR