Trampın Suriya hücumunun GİZLİ HƏDƏFİ: Azərbaycan sərhədlərində BÖYÜK MÜHARİBƏ

Trampın Suriya hücumunun GİZLİ HƏDƏFİ: Azərbaycan sərhədlərində BÖYÜK MÜHARİBƏ
16:18 7 Aprel 2017
391 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Suriyada rejimin Şaryat hərbi hava bazasını bombalaması dünya gündəmini zəbt edib.

Publika.az
xəbər verir ki, türkiyəli strateji mütəxəssis Hakan Akbaş ABŞ-ın bomba yağışının Putindən daha çox, İrana mesaj olduğunu açıqlayıb.

“Suriyada hava və quruda əsas oyunçu Rusiya ilə İrandır. ABŞ-ın hücumu hərbi güc nümayişidir. Burada əslində Əsədə yox, onun üzərindən Putinə, ən çox isə İrana mesaj verilir. Hücum olarkən Tramp Çin lideri ilə yemək masasında idi. Bu, dolayısı ilə Şimali Koreyaya da mesajdır”, - deyə o bildirib.

H.Akbaş qeyd edib ki, hər kəs Rakka əməliyyatını gözləyir, lakin Ağ Evdə İran planının Suriyanın önünə keçdiyi da deyilir: “Son iki həftədə diplomatik trafikə diqqət edin: Netanyahu gəlir, Misir prezidenti Sisi Ağ Evdə idi və son 3 ayda İordaniya kralı iki dəfə Ağ Evdə Trampla görüşüb. Əslində İrana qarşı hərbi hücum hazırlığı aparılır”.

Onun sözlərinə görə, ABŞ-ın vurduğu Şayrat bazası xüsusilə Hizbullah və İran milislərinin olduğu nöqtə idi: “Mən ABŞ və Rusiya əsgərlərinin qarşı-qarşıya gələcəyinə inanmıram, əksinə, bu, birlikdə hərəkət etmək üçün fürsətdir. Bununla yanaşı, İran həm ABŞ, həm də Rusiya üçün təhlükədir. Yəni İranın təkcə Suriyada yox, bölgədəki digər ölkələrdə də apardığı daxili müharibə gələcək təhlükələrdən xəbər verir. ABŞ cəmiyyəti üçün iki şeytan var: biri Şimali Koreya, digəri İran. Suriyaya hücumdan sonra artıq Trampın hərbi addımlar atacağı dövrünə daxil oluruq”.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/194166.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR