Beynəlxalq Muğam Mərkəzində müsabiqə - FOTO

Beynəlxalq Muğam Mərkəzində müsabiqə - FOTO
16:52 7 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Beynəlxalq Muğam Mərkəzində keçirilən Muğam Müsabiqısində bu həftə iştirakçılar Nizami Gəncəvinin qəzəllərindən ibarət muğamlar ifa etdilər.

Milli.Az bildirir ki, həftənin birinci günü səhnəyə 8 iştirakçı çıxdı. Vüsal Cəfərov səhnəyə ilk çıxaraq tamaşaçılara Bayatı-Şiraz təsnifi (Sənin eşqin əbədidir) ifa etdi. Daha sonra Atlas Mehdiyeva - Dilkeş təsnifi (gecələr yuxusuz qoymusan məni), Nurlan Namazov - Segah təsnifi (Baxdım maral kimi), Səma Sultanova - Bayatı-isfahan təsnifi (Onu deme, zalım yar), Valid Abdullayev - Rast təsnifi (Bənzərəm bülbülə gülzari - Vətəndə gülə sən), Məftun məmmədov - Dəşti təsnifi (Sənin eşqin məni gətirib dilə), Rəvanə Əmiraslanlı - Şikesteyi fars təsnifi (Nazlı Yarım eyləmə), Mirəli Sarızadə - Dilkeş təsnifi (Atlandım keçdim daşdan) öz ifaları ilə münsiflərin və tamaşaçıların qarşısında çıxış etdilər.

Növbəti dinləmələr günü isə Çinarə Alıyeva - Dilkeş təsnifi (Baxçalarda gül gərək), Qənbər Axundov - Əraq təsnifi (Həştərxandan gələn gəmi), Almaxanım Əhmədli - Bayatı-isfahan təsnifi (Onu demə zalım yar), Məcid Əsri - Zabul təsnifi (Bir bəyaz gərdənli), Türkan Orucova - Dilkeş təsnifi(Dağlarda Maral gəzər), Pərviz Qasımov - Şikəsteyi fars təsnifi (Dad əlindən, ay gözəl), Nüşabə Kərimova - Segah təsnifi (Endim bulaq başına), Taleh Hüseynli - Şur təsnifi (Can vermə qəmi eşqə ki...), Arzu Mahmudova - Dilkeş təsnifi (O gözünə qurbanam gəl), Fərhad Ramazanov - Zabul təsnifi (Bu dağlar olmayaydı, saralıb solmayaydı) ifa etdilər.

Münsiflər hər çıxışdan sonra öz fikirlərini bildirib ifalara qiymət verdilər.

Həftənin sonunda Valid Abdullayev, Rəvanə Əmiraslanlı, Almaxanım Əhmədli, Məcid Əsri, Türkan Orucova, Pərviz Qasımov 70 bal

Səma Sultanova 69 bal

Nüşabə Kərimova 68 bal

Fərhad Ramazanov 67 bal

Məftun Məmmədov 66 bal

Nurlan Namazov 65 bal

Vüsal Cəfərov 64 bal

Mirəli Sarızadə, Taleh Hüseynli 63 bal

Atlas Mehdiyeva 62 bal

Çinarə Alıyeva, Qənbər Axundov 59 bal

Arzu Mahmudova 56 bal topladı

Müsabiqənin qaydalarına görə ən az bal toplayan Arzu Mahmudova müsabiqədə iştirakını dayandırdı.

Müsabiqənin növbəti dinləmələri 10, 13 aprel tarixlərində keçiriləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/533055.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR