Məzahir Pənahovdan siyasi partiyalara XƏBƏRDARLIQ

Məzahir Pənahovdan siyasi partiyalara XƏBƏRDARLIQ
16:57 7 Aprel 2017
65 Ölkə
Ölkə mətbuatı
A- A+

Mərkəzi Seçki Komissiyası (MSK) maliyyə hesabatı təqdim etməyən siyasi partiyalara müraciət edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, MSK-nın bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov bildirib ki, indiyə qədər 19 siyasi partiya maliyyə hesabatını təqdim etməyib.

Onun sözlərinə görə, problemin yaranmasının səbəblərindən biri də bir sıra partiyaların sədrlərinin səlahiyyət müddətinin başa çatmasıdır.

M.Pənahov qeyd edib ki, həmin partiyalar qanunvericiliyə uyğun olaraq yenidən sədrlərini seçməli və qanuni səlahiyyətli olan şəxs maliyyə hesabatını təqdim etməlidir:

"Biz yenə də dözümlü mövqe nümayiş etdirərək çalışacağıq ki, partiyaların hamısı maliyyə hesabatlarını versinlər. Biz bir daha siyasi partiyalara müraciət edirik ki, maliyyə hesabatlarını təqdim etsinlər".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/533090.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR