Peyvənd üçün dövlət yoxsa özəl klinikaları seçək?

Peyvəndlər uşaqların sağlam həyat sürməsi üçün vacib olan tədbirlərdən biridir. Lakin bəzi valideynlər uşaqlarını peyvənd etdirməkdən qorxur.

Səbəblər isə müxtəlifdir. Əsasən də dövlət müəssisələrində edilən pulsuz peyvəndlərin təhlükəsizliyi valideynləri qorxudur. Valideynlər dövlət poliklinikalarında uşaqlara vurulan bəzi peyvəndlərdən sonra onlarda yüksək hərarətin müşahidə olunduğunu əsas gətirərək, növbəti peyvənd üçün özəl klinikaları seçmək məcburiyyətində qalırlar. Özəl klinikalara gəldikdə isə qiymətlər “od tutub” yanır. Araşdırmamız zamanı məlum oldu ki, bəzi klinikalarda bir HİB vaksini etdirmək (B tipli hemofil çöplərin törətdiyi xəstəliklər) 180 manata başa gəlir.

Bəs, övladlarımızın təhlükəsizliyi üçün dövlət yoxsa özəl klinikalara üz tutaq?

Məsələ ilə bağlı tibbi ekspert Adil Qeybulla Metbuat.az-a açıqlama verib: “Dövlət klinikalarında peyvənd pulsuz olmalıdır, amma özəl xəstəxanalarda vaksinin ümumi xidmət haqqı var. Nəzərə alaq ki, orginal vaksinin qiyməti çox baha olur. Özəl klinikalar İngiltərə, Belçika istehsalı, daha keyfiyyətli vaksinlər ala bilər. Dövlət klinikalarında isə adətən, Hindistan istehsalı vaksinlər olur. Ümumiyyətlə, dövlət yoxsa özəl klinika, bu müqayisə düzgün deyil”.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR