Niyamdan Kərimə sərt ittiham

Bir neçə gün öncə Niyam Salami və Rəhim Rəhimli münasibətləri haqda müğənni Kərim qalmaqallı açıqlama vermişdi.

Kərim bu iki məşhurun bir-birinin yanında ayıblarının olduğunu vurğulamışdı. Onun bu sözlərinə isə müğənni Niyam Salami münasibət bildirib. O, Kərimin qalmaqal yaratmaq üçün belə açıqlama verdiyini söyləyib:

“Sən kimləsə dalaşa bilərsən, mənim nə haqqım var buna fikir deyim?! Bu, Rəhimlə mənim aramdakı söhbətdir, sən niyə qarışırsan? Rəhim Rəhimli efirə çıxıb mənim haqda nəsə danışar? Amma Kərim yeni mahnısını təqdim etmək üçün çıxıb efirdə qalmaqal yaradar. Rəhim mənim dostumdur, onunla münasibətimin də mənə dəxli var. Mən onun evində anasının əlindən çay içmişəm. Ana böyük dəyərdir, onlar ana bilir nədir? Sabah mən o anayla, bacıyla üz-üzə gələndə üzümə tüpürər ki... Belə söhbətlər etmək ayıbdır!”.

Rəvan Nasiroğlu


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR