Növbəti Çernobl qəzası baş verə bilər

“The Washington Times” Çernoblda növbəti qəzanın baş verə biləcəyi haqda məlumat yayıb.

Metbuat.az bildirir ki, ölkədəki siyası vəziyyət də yaranmış problemə təsirsiz ötüşməyib. Təhlükəsizliyin təmin edilməməsi MAQATE-nin şərtlərinin kobud şəkildə pozulması deməkdir.

Ukraynanın 53%-ni enerji ilə təchiz edən bu stansiya ölkənin əsas nüvə sənayesi mərkəzi sayılır.

Qeyd edək ki, 1986-cı ilin 26 aprelində Çernoblda nüvə reaktorunun partlaması nəticəsində şüalanma Şimali və Mərkəzi Avropanın bir çox bölgələrinə yayılıb. 4000-dən çox insan ölüb, çoxsaylı insan şüalanma səbəbiylə xəstələnib.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR