Azərbaycanda seçicilərin sayı artıb

Azərbaycanda seçicilərin sayı artıb
17:22 7 Aprel 2017
55 Ölkə
Ölkə mətbuatı
A- A+

"Hazırkı məlumata əsasən, Azərbaycanda 5 163 927 nəfər seçici var".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

Onun sözlərinə görə, may ayının sonuna qədər ölkə üzrə seçici syahılarının dəqiqləşdirilməsi prosesi başa çatmalıdır.

MSK sədri indiyə qədər aparılan dəqiqləşdirmələr nəticəsində Azərbaycanda seçicilərin ilkin sayını da açıqlayıb:

"Hazırda əlimizdə olan məlumata görə, Azərbaycanda 5 163 927 seçici var. Bu, keçən illə müqayisədə 36 816 nəfər çoxdur. Mayın sonuna qədər seçici siyahıları dəqiqləşdiriləcək".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/533093.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR