Azərbaycanda əmək pensiyalarının orta aylıq məbləği artıb

Azərbaycanda əmək pensiyalarının orta aylıq məbləği artıb
17:29 7 Aprel 2017
169 Digər
Ölkə mətbuatı
A- A+

Ölkə üzrə əmək pensiyaçılarının sayı 1 aprel tarixinə 1 319 000 nəfər təşkil edir. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Babayev Lent.az-a bildirib ki, əmək pensiyaçılarının 59,3 faizi yaşa görə, 11,4 faizi ailə başçısını itirməyə görə, 29,3 faizi isə əlilliyə görə pensiya alanlardır. 


E.Babayevin sözlərinə görə, cari ilin ötən dövründə ƏƏSMN  yanında Dövlət Sosial Müdafiə Fondu üzrə ümumi daxilolmaların səviyyəsi pensiyaların vaxtında maliyyələşdirilməsinə imkan verib.
 

Qurum təmsilçisi qeyd edib ki, 2017-ci ilin yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsinə 12,4 faizlik artım tətbiq edilib: “ Ölkə üzrə əmək pensiyalarında artım dinamikasının davamı kimi, əmək pensiyalarının orta aylıq məbləği 2017-ci ilin əvvəli ilə müqayisədə 5,3 faiz artaraq 01 aprel tarixinə 202,38 manata çatıb.

Hazırda ölkə üzrə yaşa görə əmək pensiyalarının orta aylıq məbləği əməkhaqlarının orta aylıq məbləğinə nisbəti 44,9 faiz təşkil edir ki, bu da Avropa Sosial Xartiyasının tələblərinə cavab verir”.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271618

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR